Sürücülər buna görə 3 bal və 100 manat cərimələnirlər - VİDEO

Paytaxtın Hüseyn Seyidzadə küçəsindəki piyada zolaqları silinib.
Redaktor.az xəbər verir ki, bu da sürücü və sərnişinlər üçün problemlər yaradır.
Həmin vəziyyət artıq bir neçə aydır ki, davam edir.
Oxşar hal Bakının bir çox küçələrində də müşahidə edilməkdədir.
Vaxtında yenilənməyən, silinən zolaqlara görə sürücülər 3 bal və 100 manat cərimələnirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, həmin işlərin aparılması mərhələli şəkildə həyata keçirilir.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında: