Almaniya 17 nəfəri Azərbaycana təhvil verdi

Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul edilib.
Bu barədə Redaktor.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.