Deputat Rusiyaya giriş üçün tətbiq olunan QR kod sistemindən DANIŞDI

 12:46 07.05.2025     241

2025-ci il iyunun 30-dan etibarən Rusiyaya səfər etmək istəyən əcnəbilər, səfərdən 72 saat əvvəl Rusiya hökumətinin rəsmi portalı vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər. Bu prosedur çərçivəsində təqdim olunan məlumatlara əsasən, şəxsin ölkəyə girişinə icazə verildiyi halda ona QR kod göndəriləcək.

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov Redaktor.az-a kod sisteminin tətbiqi haqqında danışdı.

"Artıq 2025-ci il iyunun 30-dan etibarən, 1 illik müddətə – 2026-cı ilin iyun ayına qədər Rusiyaya səfər etmək istəyən əcnəbilər, xüsusilə vizasız gediş-gəliş olan ölkələrin və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşları (Belarus istisna olmaqla), səfərdən 72 saat əvvəl bu barədə Rusiyanın rəsmi portalı vasitəsilə məlumat verməlidirlər.
Portal üzərindən şəxsiyyət vəsiqəsi, şəkil, səfərin məqsədi və digər zəruri sənədlər elektron qaydada doldurularaq təqdim edilməlidir. Bu məlumatlar əsasında şəxsin elektron ünvanına QR kod göndərilir. QR kodun təqdim olunması, şəxsin Rusiya ərazisinə girişinə rəsmi icazə verildiyi anlamına gəlir. Sərhədi keçərkən həmin QR kod Rusiyanın müvafiq orqanlarına, xüsusilə də Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının struktur bölmələrinə təqdim olunmalıdır. Bu qayda hazırda eksperiment xarakteri daşıyır və yalnız 1 il müddətində qüvvədə olacaq",- deyə o bildirdi.

Xədicə BAXIŞLI