Şəhid anası əməliyyat olundu - FOTO

Vətən müharibəsi şəhidi, kapitan Həmidağa Hüseynzadənin anası Gülnarə Hüseynova ürəyindən əməliyyat olunub.
Redaktor.az xəbər verir ki, bu barədə iş adamı Cəlal Qurbanov məlumat verib. O, şəhid anasının Bakı Sağlamlıq Mərkəzində açıq ürək əməliyyatı keçirdiyini və səhhətinin hazırda yaxşı olduğunu bildirib.
Qeyd edək ki, kapitan Həmidağa Bağı oğlu Hüseynzadə Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində şəhid olub. O, ölümündən sonra ölkə başçısı tərəfindən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", və "Qarabağ" ordeni ilə təltif edilib.
Vasif ƏLİHÜSEYN