Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə "3 nömrəli Yol İstismar" İdarəsinin rəisi Rafiq Kərimov vəzifəsindən azad olunub.
Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, bu barədə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.
Agentlik sədrinin digər əmrinə əsasən, həmin vəzifəyə Elməddin Rafiq oğlu Kərimov təyin edilib.
Qeyd edək ki, Elməddin Kərimov işdən azad edilən Rafiq Kərimovun oğludur.