Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını ziyarət etdilər

 14:39 10.05.2025     115

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur. Bu münasibətlə martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri, din xadimləri Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

QMİ-dən Redaktor.az-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.