Bakıda məşhur şirkətin inzibati binası SÖKÜLƏCƏK

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan “ALMET” ASC-nin inzibati binası söküləcək.
Redaktor.az-ın iqtisadiyyat.az-a istinadla məlumatına görə, buna səbəb “ALMET” ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır.
Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb.
Yığıncağın saat 11.30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda - “Şüşəplastmas” ASC-nin yerləşdiyi ünvanda keçirilməsi qərara alınıb.
Ümumi yığıncağın gündəliyinə Bakı Şəhər İcra Hakimyyətinin rəhbərliyi ilə, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən “ALMET” ASC-nin yerləşdiyi ərazidə parkın salınması məqsədilə cəmiyyətə məxsus olan bina və qurğuların (balansındakı daşınmaz əmlakın) tamam sükülməsinə aid məsələ daxil edilib.
Qeyd edək ki, “ALMET” ASC inşaatda istifadə olunan qapı, pəncərə, pilləkən, darvaza, məhəccər və s. istehsalı ilə məşğuldur.