Sumqayıtda qaz kəsiləcək - XƏBƏRDARLIQ

 09:35 21.05.2025     145

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Redaktor.az-a verilən məlumata görə Sumqayıt şəhəri 13-cü mikrorayon, 16-cı mikrorayon, Təzə Corat, Köhnə Coratın bir hissəsi və Novxanı qəsəbəsində cari təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən 8 min 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.