Milli Məclis Muxtar Babayevə görə bu qanuna dəyişiklik ETDİ

 12:45 23.05.2025     276

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

Redaktor.az xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.