Onlara da diplomatik pasport veriləcək

 13:13 23.05.2025     136

Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcəklər.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Pasportlar haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.