Milli Məclisin növbədənkənar sessiyası ÇAĞIRILACAQ

 14:11 23.05.2025     190

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.

Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyasını sonuncu iclası mayın 30-da keçiriləcək.