"Ötən 10 ildə yol nəqliyyat qəzalarında həyatını itirənlərin sayı 7539 nəfər təşkil edib" - Zahid Oruc

"İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişilikləri mütərəqqi olduğu üçün müdafiə edirik. İlk növbədə, layihə mərkəzləşdiirlmiş uçot sisteminin qurunə, inzibati protokolların elektron sisteminin izlənməsinə və ən əsası nəqliyyatın idarəçiliyndə təhlükəsilziiyn təmin olunmasına kömək edəcəkdir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə də sənədin 100.4 cü maddəsində göstərilir ki, barəsində inzibati xata haqqında iş üzra icraat aparılan fiziki şaxs va ya hüquqi şaxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafıq qeyd aparılır:
"Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şaxsin va ya hüquqişaxsin nümayəndəsinin izahatlar va protokolun məzmunu barasinda öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları va mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.
Göründüyü kimi, nəqliyyat vasitələrini idarə edənlərin və Dövlət Yol nəzarətini həyata keçirən qurumlarında münasibətlərin daha təkmil quurlmasına, hüquqi tədbirlərin güclənməsinə xidmət edən mövqedir.
Lakin təklif edirik ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla yanaşı, DYP-nin baxdığı digər inzibati xətalar haqqında da protokol və qərarlar da bort-kompüter vasitəsilə baxılsın. İkinci oxunuşda mövqeyimizi daha deatallı əsaslandıracağıq.
Lakin biz eyni zamanda, diqqətinizi yol nəqliyyat hadisələrinin statistikasına cəlb edərək, təkcə hüquqi deyil, həm də köklü siyasət tədbirlərinə ehtiyac olduğunu vurğulamaq istəyirik".
Millət vəkili qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 1427 qəza və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq, 1952 nəfər olub. Onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb.
"Göründüyü kimi, hər gün iki nəfərin ölümü, 3.5 nəfərinsə yaralanmasına səbəb olan yol nəqliyyat qəzaları ölkəmizin genefonduna zərbə vurur. On il ərzində baş verən qəzaların ümumi statiskası hər birimizi narahat etməlidir- ölənlərin sayı 7539 nəfər, yaralananlarsa 16.515 nəfər təşkil edir. Biz 2-ci Qarabağ savaşında müqəddəs şəhidlərimizin sayının 3 min nəfər olduğunu bilərək, millətimizn hansı bir hissəsinin həyatının məhz yollarda qurban getdiyini həyacan siqanlı kimi qəbul etməliyik. Türkiyədə “trafik canavarı” adlanan bəlanın ölkəmizdəki səbəblərinin geniş təhlil olunması vacibdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil edib.
Yol təhlükəsizliyi ilə bağlı Beynəlxalq indekslərdə Azərbaycanın mənzərəsi ciddi narahatlıq doğuracaq sıralamadadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Yol nəqliyyatında ölüm nisbəti (hər 100 000 nəfərə). 5 fevral 2024-cü il Hesabatına” görə,Azərbaycanda hər yüz min nəfərə ölüm nisbəti 17.2 nəfərdir. Bu rəqəm dünyada 15,Avropada-6, Ermənistanda-13.6, Gürcüstanda 12.7, Fransada 4.7-kimidir. Çin (17.4) və Azərbaycanın (17.2 nəfər) göstəricisinin demək olar eyni olması bu sahədə olduqca ciddi problemlər olmasını, islahatlarla bağlı ciddi addımlar atılmasını tələb edir.
Beləliklə, hökumət orqanları üzərinə düşən mühüm vəzifələrdən biri də yol nəqliyyatı sferasında müxtəlif proqramları və siyasət qərarlarını qəbul etməsidir. Dəhşətli statistikanın yalnız bir komponenti-piyadaların ölümü ilə nəticələnən hadisələri təhlil edərkən, Əfv Komissiyasının üzvü kimi görürdük ki, qəzaların baş verməsi zamanı “yol piyadanındır” hökmü ilə hərəkət edən insanların ölümü ilə nəticələnən hadisələr üstünlük təşkil edir. Səkidə, yaxud digər özəl şəraitlərdə deyil, məhz magistral və şəhər mərkəzi yollarda həyatını itirənlər müəyyən nəticələrə gəlməyə imkan verir" - deyə komitə sədri bildirib.
Zahid Orucun fikrincə, belə bir ənənənin tarixi, milli, yaxud psixoloji köklərini araşdırmaq üçün elmi tədqiqatlara ehtiyac duyulur.
"Məsələn, bir il ərzində hansı yollarda, günün hansı hissəsində, sosial statusu, təhsili, yaşı və nəqliyyatın sürəti, eləcə də hansı yollarda, şəraitdə və coğrafi ərazidə baş verən qəzalar üzrə araşdırmaların aparılması dövlətimizin gələcəkdə verəcəyi qərarlara kömək edə bilər. Piyadalar üzrə həm bağça, həm də orta məktəblərdən başlayan prorqamlara ehtiyac duyulur. Əks halda, anqlo-saks hüquq sisteminin əsaslandığı bazaya-yəni, iqtisadi təməllərə söykənən qanun sisteminin tələblərindən çıxış etsək, vətəndaşların vergisi hesabına yeraltı və yerüstü keçidləri tanımayan, işarələrə əməl etməyən piyadalar faktiki olaraq, külli miqdarda vəsait xərclənən və vətəndaşların təhlükəsizliyinə xidmət edən siyasəti sanki tanımırlar. Ona görə də biz bu siyasətdə dəyişikliklər etməliyik.
Bütövlükdə, yol nəzarətini həyata keçirən dövlət yol polisinin işinə uğurlar arzulayır və layihəyə müsbət səs verəcəyimizi bildiririk", - deyə deputat çıxışını yekunlaşdırıb.
Turan ASLAN