Azərbaycandakı vəkillərin sayı açıqlandı

 11:29 24.05.2025     102

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

Vəkillər Kollegiyasından Redaktor.az-a verilən məlumata görə, sədr Vəkillər Kollegiyasının sıralarında 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisinin fəaliyyət göstərdiyini bildirib.

Anar Bağırov vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini artırmağa çağırıb.

Sonda vəkil köməkçilərinin sualları cavablandırılıb, onlara vəsiqələr təqdim olunub.