Məhərrəm ayı bu tarixdə başlayacaq - TƏQVİM

 13:45 26.05.2025     317

Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 26-da başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin təqvimində qeyd olunub.

Bu ayın ən mühüm günü olan Aşura günü isə iyulun 5-nə təsadüf edir.

Qeyd edək ki, Məhərrəmlik ayı iyulun 25-dək davam edəcək.