"Qalatasaray" klubu Azərbaycan xalqını təbrik ETDİ

 12:40 28.05.2025     231

"Qalatasaray" klubu Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi "Instagram" profilindən paylaşım olunub.

"Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini bütün dünyaya bəyan etdiyi 28 May Müstəqillik Gününü təbrik edirik. İstiqlal, birlik, qardaşlıq əzmi daimi olsun", - deyə klub paylaşımnda qeyd edilib.