"İslam dininə qarşı mənfi münasibət bəsləyən insanlarla tez-tez üzləşirik" - Fazil Mustafa

"İslamofobiya kimi önəmli bir məsələyə Azərbaycanın ev sahibliyi etməsi çox müsbət haldır. Çünki biz islamofobiyadan əziyyət çəkən ölkələrdən biriyik".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa Bakıda keçirilən "İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması" beynəlxalq konfransının əhəmiyyəti barədə danışarkən bildirdi.
"Baxmayaraq ki, dünyəvi dövlətik, amma biz, ümumilikdə İslam dininə qarşı mənfi münasibət bəsləyən və kompleksli yanaşmalara sahib olan insanlarla tez-tez üzləşirik. Bunu isə Qarabağ işğalda olan dövrdə daha çox hiss etdik. Ona görə də bu təzahürlərin ortadan qalxması üçün Azərbaycanın da bu məsələyə töhfə verməsi vacib idi. Əlbəttə, bu cür qərəzli yanaşmaların ifşa olunması baxımından belə tədbirlərin Azərbaycana faydası var. Çünki müxtəlif ölkələri təmsil edən insanların bu məsələdə birlikdə hərəkət etməsi ümumi işin xeyrinə olar", - deyə deputat qeyd etdi.
Xədicə BAXIŞLI