"Elgünün ölümü çox ağır faciədir" - Deputat

 13:34 30.05.2025     198

"Gəncədə Elgünün ölümü ilə bağlı məsələyə dünən aydınlıq gətirildi. Bu, çox ağır faciədir. Biz bəzən istintaqın nəticəsini gözləmədən fərziyyələr irəli sürürük. Bu, həmin ölənin ailəsinin dərdinin üstünə dərd gətirir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Qüdrət Həqənquliyev deyib.

"Son vaxtlar uzun illər bağlı qalmış çoxlu sayda qəsdən adam öldürmə cinayətlərinin üstü açılır, yaxınları təskinlik tapır ki, ədalət öz yerini tapır. Bu məsələlərdə hüquq-mühafizə orqanlarının prinsipiallığını qeyd etmək lazımdır. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları son vaxtlar separatizm çağırışları edəni tutub ölkəyə gətiriblər, onların üstünə düşürlər. Onlara təşəkkür etmək lazımdır. Tənqid qərəzli olmamalıdır. Hüquq-mühafizə orqanlarını gözdən salanda ən çox əziyyət çəkən vətəndaşlar olacaq”, - deyə millət vəkili bildirib.