Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı - FOTO

“Bakı Metropoliteni” QSC-nin Aparat rəhbəri vəzifəsindən azad olunub.
Redaktor.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq Əmri ilə Aparat rəhbəri Tərlan Dadaşov işdən çıxarılıb.
Qeyd olunur ki, bir müddət əvvəl T. Dadaşov da işdən çıxmaq üçün V. Aslanova ərizə ilə müraciət etmişdi. O, məzuniyyətə göndərilmişdi.