Prezident Bakı Ekspo Mərkəzindəki açılış mərasimində çıxış etdi - FOTO - YENİLƏNİB

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Redaktor.az xəbər verir ki, Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord çıxış edərək dedi:
-Zati-aliləri, hörmətli cənab Prezident.
Möhtərəm qonaqlar, xanımlar və cənablar.
Təşkilat Komitəsinin adından böyük şərəf hissi ilə sizi 30-cu yubiley “Bakı Enerji Həftəsi”ndə salamlayıram. Zati-aliləri cənab Prezident, fürsətdən istifadə edərək Azərbaycanı ötən axşam fantastik qələbə münasibətilə də təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı ifadə edirik. Cənab Prezidentin iştirakı bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayır. 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf etdi. O vaxtdan bəri “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək, regionun ən nüfuzlu platformalarından birinə çevrildi.
Builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti qəbul edir.
Mən Azərbaycan Respublikasının Energetika Nazirliyinə, SOCAR-a, bütün dəyərli tərəfdaşlarımıza və sponsorlarımıza bu mühüm tədbirin həyata keçirilməsində əvəzsiz dəstəyinə görə səmimi təşəkkürümü bildirirəm. İcazə verin, hamınızı bu əlamətdar yubiley münasibətilə təbrik edim və sizə dəyərli müzakirələr, yeni əməkdaşlıqlar və maraqlı imkanlarla dolu, uğurlu, məhsuldar və ruhlandırıcı həftə arzulayım. Çox təşəkkür edirəm.
Böyük şərəf hissi ilə tribunaya Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi dəvət edirəm.
Sonra dövlətimizin başçısı çıxış etdi:
-Xanımlar və cənablar, sabahınız xeyir olsun.
Əvvəlcə, bütün qonaqlarımızı salamlayıram və bizimlə birlikdə olduqlarına görə təşəkkür edirəm. Eyni zamanda, təşkilatçılara da Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm.
Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.
Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.
Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.
Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.
Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir.
Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil.
Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.
Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.
Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.
Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək.
Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.
Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.
Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir.
Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik.
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir.
Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni, biz bu yol ilə irəliləyirik.
COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik. Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.
Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi.
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.
Bir daha bütün qonaqlarımızı salamlayır və “Bakı Enerji Həftəsi”nə uğurlar arzulayıram.
Sağ olun.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş müşaviri Vayat Tolki çıxış edərək dedi:
-Təşəkkür edirəm, cənab Prezident Əliyev, nazirlər, möhtərəm qonaqlar.
Bu gün sizinlə, həqiqətən də əlamətdar tədbirdə - 30-cu yubiley “Bakı Enerji Həftəsi”ndə böyük şərəf hissi ilə iştirak edirəm. ABŞ və Azərbaycan enerji sektorunda onilliklərə söykənən təcrübəyə, müştərək əməkdaşlığa malikdir. “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünün keçirilməsi də ikitərəfli enerji münasibətlərini təcəssüm etdirir. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə qədər Azərbaycan həqiqətən də enerji təhlükəsizliyinin regionda və ondan geniş coğrafiyada həlledici oyunçu olduğunu sübut etmişdir. Azərbaycanla ortaq maraqlarımızı əks etdirən və enerji təhlükəsizliyinin təmin olunmasında işbirliyinə sadiqliyimizi təsdiq edən mühüm bir mesajı – cənab Prezident Trampın məktubunu diqqətinizə çatdırıram.
“Əziz cənab Prezident.
Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən 30-cu Bakı Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycanın həqiqətən də regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir. Otuz il ərzində iki millətimiz, iki xalqımız həqiqətən də enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini nümayiş etdirmişdir. Həqiqətən də qlobal enerji ehtiyatlarının növbəti onillərlə qarşılanması baxımından da bu çox önəmlidir ki, hər bir xalqın resursları öz rifahına xidmət etsin.
ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi enerji müstəqilliyinin dayanıqlılığı və iqtisadi artım istiqamətində reallaşdıra bilərik. Bu gözəl tədbirlə bağlı bir daha təbriklərimi çatdırıram. Səmimi-qəlbdən,
Donald Tramp”.
Sonra Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın “Bakı Enerji Həftəsi” ilə bağlı məktubunu oxudu.
“-Hörmətli iştirakçılar.
Dəyərli qonaqlar.
Hamınızı ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.
Ötən illərdə olduğu kimi, bu il də “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əbədi qardaş iki ölkə - Türkiyə və Azərbaycan başda olmaqla bölgəmiz üçün uğurlu olmasını diləyirəm.
Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclü şəkildə və qətiyyətlə davam etdirilir. Enerji sahəsində bir çox nailiyyətə illər ərzində birlikdə imza atdıq. Son illərdə yaşanan qlobal geosiyasi proseslər enerji təhlükəsizliyi məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının nə qədər önəmli olduğunu bir daha təsdiqləmişdir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız bu əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana deyil, eyni zamanda, bölgənin və Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.
Mart ayında açılışını etdiyimiz İğdır-Naxçıvan boru kəməri illərə və uğurlara əsaslanan enerji əməkdaşlığımızın ən yeni örnəyini təşkil etmişdir. Xəttin fəaliyyətə başlaması Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini və bizi birlikdə daha da gücləndirmişdir.
Türkiyə ilə Azərbaycan arasında elektrik əlaqələrimizin artırılması bizim üçün strateji əhəmiyyət kəsb edən digər bir layihədir. Bu çərçivədə həm Türkiyə-Naxçıvan, həm də Türkiyə-Gürcüstan interkonnektor potensialının genişləndirilməsi sürətlə atmalı olduğumuz yeni addımlardır. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik interkonnektor xəttinin yaradılması məqsədilə yaşıl elektrik nəqli və ticarəti ilə bağlı əməkdaşlığa dair anlaşma memorandumunu imzaladıq.
Bölgəmizin enerji təhlükəsizliyi və rifahı baxımından növbəti tarixi addım olan bu layihəni də, inşallah, ən qısa müddətdə yekunlaşdırmağı hədəfləyirik.
İki ölkə arasında təbii qaz sahəsində yeni layihələr üçün hələ də böyük potensialın olduğunu görürük. Uzun illərdir həm Türkiyəyə, həm də Avropaya ciddi miqdarda qaz tədarük edən Azərbaycanın dünya enerji bazarında bu strateji rolunun, xüsusilə yerləşdiyimiz mövqedə əhəmiyyəti çox böyükdür. Qarşıdakı dövrdə türkmən qazının hər birimizə fayda verəcək şəkildə Azərbaycan və Türkiyə vasitəsilə ixracı məsələsində əməkdaşlığımızı genişləndirmək üçün mühüm fürsət vardır. Bu layihə həm tədarük yollarının şaxələndirilməsinə, həm də regional rifaha töhfə verəcəkdir.
Enerji sahəsindəki bu dinamik şəraitin və proseslərin yaxından müzakirə ediləcəyi “Bakı Enerji Həftəsi”nin bütün iştirakçılarına uğurlar diləyir, bu tədbirin təşkilində əməyi keçənlərə təşəkkür edirəm.
Keçən həftə Laçında görüşdüyüm qardaşım Prezident İlham Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti”
Daha sonra çıxış edən nazir Alparslan Bayraktar dedi:
-Cənab Prezident Əliyev.
Möhtərəm qonaqlar, xanımlar və cənablar.
Sizi çox önəmli platforma olan “Bakı Enerji Həftəsi”ndə böyük şərəf hissi ilə salamlayıram. Mən səmimi-qəlbdən Zati-aliləri cənab Prezident Əliyevə və Azərbaycan hökumətinə liderliyinə görə, həmçinin bu tədbirin keçirilməsində göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Əlbəttə, kibertəhlükəsizlik, bazarlarda dəyişən vəziyyət istər-istəməz öz təsirini göstərir. Burada tədarük və təchizatla yanaşı, çeviklik, dayanıqlılıq, resursların əlçatanlığı da ön plana gəlir. İnfrastruktur ehtiyaclarının sürətlə artdığı vəziyyətin fonunda sabitlik məsələsi də gündəmə daha kəskin gəlir ki, bunların təmin olunması üçün resursları şaxələndirməliyik. Geniş tədarük imkanları yüksək qarşılıqlı bağlantı və etibarlı bazarların olması ilə şərtlənir. Üç əsas səbəb - təhlükəsiz təzminat, asılılığın azaldılması və əlçatanlılıq məsələləri önəmlidir. Bunların təmin olunması üçün alternativ enerji, nüvə enerjisi, neft və qaz sənayesinin, həmçinin kritik mineral qazıntıların inkişaf etdirilməsi önəmlidir.
Türkiyədə alternativ enerji elektrik enerjisinin 60 faizini təşkil edir. Keçən il Bakıda COP29 zamanı biz qarşıya mövcud Günəş və külək enerjisini 2035-ci ilədək 120 giqavata çatdırmaq məqsədi qoymuşuq. Bunun üçün də keçən il biz enerji səbətinə 7 giqavat alternativ enerji daxil etdik. İnfrastrukturun inkişaf etdirilməsində məqsəd iqtisadiyyatın artan tələbatını qarşılamaqdır. Bunun üçün gələn il batareya depolarını və nüvə stansiyasını istifadəyə verməyi nəzərdə tuturuq.
Coğrafi baxımdan Türkiyə bu sahədə əlaqələri genişləndirmək əzmindədir. Eyni zamanda, daxili karbohidrogenlərin istehsalına da töhfə verməliyik. Bu gün Sakarya qaz yatağında gündəlik 9,5 milyon kubmetr qaz hasil edirik və bu rəqəm 2026-ci ildə iki dəfə artacaq və 2028-ci ilədək isə gündəlik 40 milyon kubmetrə çatacaq.
Əlbəttə, biz, kritik mineralların əhəmiyyətindən də xəbərdarıq və qazıntı layihələrinə həm daxildə, həm də beynəlxalq miqyasda aktiv olaraq investisiya yatırılmaqdadır və buraya nadir qazıntılar da daxildir.
Möhtərəm iştirakçılar, Türkiyə ilə Azərbaycan arasındakı tərəfdaşlıq həqiqətən də bir strateji modeldir. Onun kökləri tarixi, mədəni və ortaq bağlarla ifadə olunur. Bu gün biz əsas sazişin imzalanması ilə Azərbaycanda neft-qaz istehsalını daha da artıracağıq. Söhbət “Şəfəq-Asiman” layihəsi üzrə sazişdən gedir. Bu, “Turkish Petroleum”, SOCAR və bp arasında üçtərəfli bir işbirliyi olacaqdır.
Yekunda mən səmimi-qəlbdən cənab Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürümü ifadə edirəm ki, bizi bir daha bir araya gətirmişdir. Enerji sektorunda üzləşdiyimiz çağırışlar mürəkkəbdir, lakin mən əminəm ki, əməkdaşlıq və dialoqla biz təhlükəsiz enerji gələcəyi qura biləcəyik. Təşəkkür edirəm.
Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero çıxış edərək dedi:
-Zati-aliləri Prezident Əliyev.
Hörmətli nazirlər, səfirlər və “Bakı Enerji Həftəsi”nin iştirakçıları.
İcazə verin, Avropa Komissiyası adından Azərbaycanı “Bakı Enerji Həftəsi”nin keçirilməsi, həmçinin COP29-un uğurlu təşkili münasibətilə təbrik edim.
Biz 2030-cu ilədək bərpaolunan enerji ehtiyatlarının istehsalını üç dəfə artırmaq və enerji səmərəliliyini ikiqat çoxaltmaq səylərini təsdiq edirik. Siz isə milli reallıqların nəzərə alınması şərti ilə, amma orta hədəf və məsuliyyətlə inklüziv keçid üzrə konsensus əldə edilməsinə köməklik göstərirsiniz. Energetika keçidi enerji təhlükəsizliyi və iqtisadi rəqabətqabiliyyətlilik əsasında həyata keçirilməlidir. Bu, sadəcə, siyasi məqsədlərdən ibarət deyil, həmçinin iqtisadi və geosiyasi sabitliyin əsasıdır. Son illərin hadisələri xüsusi israr və aydınlıqla bizə bu dərsi verdi.
Rusiya-Ukrayna müharibəsi göstərdi ki, enerjidən silah qismində istifadə oluna bilər. Avropa İttifaqı (Aİ) özünün enerji sistemi tarixində şaxələndirməyə, bərpaolunan enerji mənbələrinə və tərəfdaşlıq münasibətlərinə əsaslanan yeni fəsil açır. Bu gün Rusiya qazının idxalında 2021-ci ildəki Aİ-yə tədarük olunan təbii qazın ümumi həcminin 45 faizdən 13 faizinə qədər azalması müşahidə olunur.
Azərbaycan bu yeni fəsildə güclü tərəfdaşdır. Amma hələ yolun sonuna çatmamışıq. Mayın 6-da Avropa Komissiyası Rusiya enerjisindən uzaqlaşmağın yollarını müəyyən edən “Repower EU” adlı yeni yol xəritəsini təqdim etdi.
Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə nəqli, o cümlədən Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər planlaşdırılan genişləndirilməsi bu səylərin mühüm tərkib hissəsidir. Amma bizim tərəfdaşlığımız təkcə qazla bağlı deyil. Söhbət sabahın enerji sisteminin qurulmasından gedir.
Bu, bərpaolunan elektrik enerjisi, hidrogen və inteqrasiya olunmuş enerji sistemlərinə sərmayə qoymaq deməkdir. Azərbaycan bərpaolunan enerjinin əsas istehsalçısı olmaq potensialına və ambisiyasına malikdir. Dənizdə külək və Günəş enerjisini inkişaf etdirmək planlarınızı alqışlayırıq və Azərbaycanın nəhəng bərpaolunan enerji potensialını dəstəkləmək üçün birgə işi davam etdirməyə hazı
***
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Xanımlar və cənablar, sabahınız xeyir olsun.
Əvvəlcə, bütün qonaqlarımızı salamlayıram və bizimlə birlikdə olduqlarına görə təşəkkür edirəm. Eyni zamanda, təşkilatçılara da Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm.
Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.
Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.
Bu gün Azərbaycan sabit iqtisadi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.
Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.
Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3600 kilometrlik Cənub Qaz Dəhlizidir.
Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil.
Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.
Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.
Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.
Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək.
Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.
Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.
Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir.
Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik.
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir.
Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni, biz bu yol ilə irəliləyirik.
COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik. Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, “İtki və Zərər Fondu”nu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.
Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi.
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.
Bir daha bütün qonaqlarımızı salamlayır və “Bakı Enerji Həftəsi”nə uğurlar arzulayıram.
Sağ olun.
X X X
Qeyd edək ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib.
“Bakı Enerji Həftəsi” əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən götürüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı, istifadəsi sahəsindəki yeniliklər, həmçinin bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş, külək, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunur.
Sonra Prezident İlham Əliyev sərgi ilə tanış oldu.
Dövlətimizin başçısı əvvəlcə Azərbaycanın və strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə mühüm töhfə verən SOCAR-ın stendinə baxdı. Bildirildi ki, SOCAR qlobal enerji şirkəti olaraq milli sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasında strateji rol oynayır. Neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirən SOCAR keyfiyyətli idarəetmə, şəffaflıq və müasir yanaşmalar əsasında enerji sektorundakı mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Axtarış-kəşfiyyat, hasilat, nəqletmə, emal, istehsal, marketinq, yanacağın pərakəndə satışı, qaz paylanması və bərpaolunan enerji mənbələrinin inkişafı kimi sahələrdə uğurla fəaliyyət göstərən şirkət rəqəmsallaşma, innovasiya, yaşıl enerjiyə keçid vasitəsilə davamlı inkişafı və dayanıqlı artımı təşviq edir. SOCAR, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edərək, ekoloji cəhətdən təmiz, aşağıkarbonlu və qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir.
“bp Azərbaycan” da sərgidə təmsil olunur. Dünyanın aparıcı enerji təchizatçılarından biri olan bu şirkət enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatı ilə məşğul olaraq müxtəlif enerji həlləri təqdim edir. Azərbaycanda 33 ildir fəaliyyət göstərən bp beş iri layihənin operatorudur və ölkənin enerji sənayesində mühüm rol oynayır. bp bu dövrdə tərəfdaşları ilə birgə Azərbaycana təxminən 85 milyard dollar sərmayə yatırıb, minlərlə iş yeri yaradıb və geniş sosial layihələr reallaşdırıb.
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti qardaş ölkənin karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində 70 ildən çox təcrübəyə malik milli neft şirkətidir və Türkiyənin enerji sektorunun əsas iştirakçılarındandır. Azərbaycanla yanaşı, bir sıra ölkələrdə fəaliyyət göstərən şirkət 2025-ci il üçün İnvestisiya Proqramında dövlət müəssisələri arasında ən böyük investisiya büdcəsinə sahibdir. Şirkət 1994-cü ildən Azərbaycanda bir sıra enerji layihələrində iştirak edir.
İtaliyanın “MAİRE” şirkəti enerji keçidini təşviq etməkdə ixtisaslaşmış aparıcı texnologiya və mühəndislik qrupudur. Şirkət təkrar bazar üçün hərtərəfli mühəndislik və inşaat həlləri, davamlı texnoloji həllər təklif edir. Hazırda 45 ölkədə fəaliyyət göstərən “MAİRE” şirkəti 20 min layihə tərəfdaşından ibarət qlobal şəbəkə tərəfindən dəstəklənir.
“Almaniya Federativ Respublikasının Milli Pavilyonu”nda müxtəlif sənaye sahələrinə dair geniş çeşiddə məhsul və xidmətlər təqdim olunur. Bunlara avtomatlaşdırma və proses avadanlıqları, ölçmə və idarəetmə sistemləri, neft və qaz emalı üçün avadanlıqlar, laboratoriya və süzgəc sistemləri daxildir. Bundan əlavə iştirakçılar neft və qazın nəqli, kəşfiyyatı və hasilatı sahələrində həllər, boru kəmərlərinin tikintisi, texniki baxışı və təmiri üzrə texnologiyalar, eləcə də inteqrasiya olunmuş texniki xidmətləri təqdim edirlər.
Baş ofisi Budapeştdə yerləşən “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Bir əsrdən artıq təcrübəyə və 24 min nəfərlik işçi qüvvəsinə malik şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan şirkət Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.
Rusiya Federasiyasının “Tatneft” şirkəti də sərgidə təmsil olunur. Şirkət neft və qaz hasilatı, neft emalı və kimyası, yanacaqdoldurma məntəqələri şəbəkəsi, elektrik enerjisi, neft-qaz sənayesi üçün avadanlıqların istehsalı ilə məşğul olur və sərgidə öz xidmətlərini ziyarətçilərə təqdim edir.
Çin Xalq Respublikasının “Sinopec SJ Petroleum Machınery Co.” Şirkəti 1941-ci ildə təsis edilib. Şirkət əsasən quruda və dənizdə neft-qaz yataqlarının kəşfiyyatı, hasilatı avadanlıqlarının tədqiqatı, istehsalı və servisi ilə məşğul olur. Həmçinin müştərilərə neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı avadanlıqları üçün inteqrasiya olunmuş həllər təqdim edir.
“Uzbekneftegaz” ASC Özbəkistanın bu sahədə aparıcı şirkətidir. O, hasilatın artırılması, daxili bazarın təchizatı və ixracın genişləndirilməsi istiqamətlərində fəaliyyət göstərir. Şirkət yüksəkdəyərli məhsul istehsalına, emalına və xarici investisiyaların cəlbinə önəm verir. 2020–2030-cu illəri əhatə edən strategiyası modernləşmə, enerji təhlükəsizliyi və innovasiyaya əsaslanan “Uzbekneftegaz” Özbəkistanın enerji müstəqilliyini və iqtisadi inkişafını gücləndirmək məqsədilə texnoloji yeniliklərin formalaşmasında əsas rol oynayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti dünyanın ən sürətlə inkişaf edən bərpaolunan enerji şirkətlərindən biridir. Qlobal təmiz enerji lideri kimi “Masdar” Günəş, külək, geotermal, enerjisaxlama batareyası və yaşıl hidrogen sahələrində layihələr həyata keçirərək enerji keçidini sürətləndirməyə çalışır. 2006-cı ildən etibarən 40-dan çox ölkədə layihələrə sərmayə qoyan şirkət təmiz və sərfəli enerji təminatına töhfə verir. Şirkət 2030-cu ilədək 100 QVt-lıq bərpaolunan enerji portfeli yaratmağı və yaşıl hidrogen istehsalında lider olmağı hədəfləyir. Qeyd edək ki, “Masdar” şirkəti 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istifadəyə verib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Schlumberger” (SLB) şirkəti enerji innovasiyalarını təşviq edən qlobal texnologiya şirkətidir. “SLB” dünyada enerji sənayesinin məhsuldarlığını, davamlılığını təmin etmək üçün qabaqcıl rəqəmsal həllər, innovativ texnologiyalar təklif edir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti bərpaolunan enerji sahəsində dünyanın qabaqcıl qurumlarından biridir. O, Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirir. “ACWA Power” 14 ölkədə 101 elektrik enerjisi və su şirinləşdirmə obyektinin tərtibatçısı, investoru və operatorudur. “ACWA Power”in 107,5 milyard ABŞ dolları dəyərindəki portfeli 78,85 QVt elektrik enerjisi və gündə 9,5 milyon kubmetr şirinləşdirilmiş su istehsal etmək gücünə malikdir.
Fransanın qlobal multienerji şirkəti olan “TotalEnergies” metan emissiyalarının monitorinqi və azaldılması sahəsində innovativ həllər təqdim edir. Belə ki, şirkət idarə etdiyi bütün hasilat obyektlərində metan sızmalarını fasiləsiz və real vaxt rejimində aşkar edən avadanlıqlar yerləşdirir. Bu avadanlıq “Metan Daimi Monitorinq Layihəsi” adlanır və ilk dəfə olaraq “Caspian Oil & Gas” sərgisində “TotalEnergies”in stendində təqdim edilir.































