"Biz həm də idman arenalarında qələbə qazanan ölkəyik" - Prezident

 17:23 02.06.2025     106

Siz (Azərbaycan minifutbol millisinin üzvləri – red.) bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır.

Redaktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.