“Azercell”in yeni qiymətləri bu cür olacaq - Rəsmi AÇIQLAMA

 15:16 05.06.2025     358

Son günlər sosial şəbəkələrdə “Azercell” mobil operatorunun yeni tarifləri müzakirələrə səbəb olub. Belə ki, yeni tarifə görə, bir manat ödənişlə nömrə yalnız bir gün aktiv qala biləcək. Bu da o deməkdir ki, nömrəni aktiv saxlamaq üçün balansa aylıq minimum 30 manat yükləmək lazım gələcək. Bu isə insanlara, xüsusilə yaşlılara sərf etmir.

Bəs əslində söhbət hansı tariflərdən gedir? Bu tariflər hansı tarifləri əvəzləyir?

“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq - qonşu ölkələrdə 60-185 gündür.

Redaktor.az-ın məlumatına görə, məsələ ilə bağlı “Azercell”dən bildirilib ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.

Qeyd edilib ki, bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır.

Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.

Yeni tariflər və istifadə müddətləri

"Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək (oxu24.com).