İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi

 12:54 06.06.2025     135

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Kaliber” erməni KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki,Teğ (Dig – red.) icmasının sakinləri – Karen Armenoviç Canqiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.

Bəyanatda qeyd olunub ki, azyaşlıların yerinin müəyyənləşdirilməsi və onların geri qaytarılması üçün bütün zəruri tədbirlər görülür. (Axar.az)