Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi

Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının direktoru Gülnaz Mahmudzadə işdən çıxarılıb.
Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə Gülnaz Sədulla qızı Mahmudzadə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Onun yerinə Yasər Məhəmməd oğlu İbadov təyin edilib.
Qeyd edək ki, Yasər İbadov təqaüddə olan polis polkovnikidir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi vəzifələrində çalışıb.
