Bu rayonda qaz KƏSİLƏCƏK

 11:54 10.06.2025     155

Cəlilabad rayonunda 3 min abonentin qazı kəsiləcək. 

Redaktor.az xəbər verir ki, bu barədə Cəlilabad rayon İcra Hakimiyyəti məlumat yayıb. 

Bildirilir ki, 11 iyun 2025-ci il tarixində saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 3000 abonentin (Heydər Əliyev prospekti, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək, S.Axundov, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Fizuli, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaqdır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Vasif ƏLİHÜSEYN