Bu yollar iki gün bağlı olacaq - SİYAHI

 18:45 13.06.2025     117

14–16 iyun tarixlərində bəzi ünvanlarda yol təmir işləri aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Təmir aparılacaq yollar aşağıdakılardır:

1. Səbail rayonu – Badamdar şosesi;

2. Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;

3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti:

- Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə;

- Çingizxan mərasim evinin yanı, yan yol;

4. Xətai rayonu – Babək prospekti

- 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;

5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi

- H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;

6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən hərəkəti əvvəlcədən planlamaq və müvəqqəti dəyişiklikləri nəzərə almaq xahiş olunur.