ABŞ-də özünü polis məmuru kimi təqdim edən şəxs siyasətçiləri güllələyib

 11:30 16.06.2025     158

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları Minnesota ştatının qanunvericilərinə silahlı hücumda şübhəli bilinən 57 yaşlı Vens Boelteri saxlayıblar.

Redaktor.az bu barədə CBS telekanalına istinadla xəbər verir.

Məlumata görə, şübhəli evinin yaxınlığında saxlanılıb.

"Minnesota ştatından olan iki qanunvericiyə və onların həyat yoldaşlarına atəş açdığı güman edilən Vens Boelter artıq nəzarət altındadır", - deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Minnesota ştatının qubernatoru Tim Uolts bildirmişdi ki, senator-demokrat Con Hoffmana hücum edən və qanunverici-demokrat Melissa Hortmanı həyat yoldaşı ilə birlikdə öldürən şəxs bu cinayətləri özünü polis kimi qələmə verərək törədib.