"Bu insanlar gənc yaşlarından qəzet yaratmaq uğurunda mübarizə aparıblar"

“Müxtəlif tədbirlər keçirilir. Və çox tədbir tədbir xatirinə keçilir. Hamı da aşağı-yuxarı eyni cümlələri deyir. 1975-ci ildə "Əkinçi" qəzeti Həsən bəy Zərdabi tərəfindən yaradılıb və maariflçilik tribunası formalaşmağa başladı”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar olaraq “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında keçirlən seminarda Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
“Bizim tariximiz doğurdanmı sadə cümlə ilə ifadə olunan tarixdir? Tarixdə imzası olan elə şəxslər var ki, gənc yaşlarından mətbuat üçün çalışıblar. Azərbaycanda 19-cu əsrin 90-cı illərində mətbuat yaratmaq ideyası verənlərin əksərinin yaşı 30-a çatmamışdı. Demək ki, bu insanlar gənc yaşlarından qəzet yaratmaq uğurunda mübarizə aparıblar. Yaşımızın 150 olmağı bizi qoxutmamalıdır. Bu, gənclərin mübarizə tarixidir”, - deyə o bildirib.
Aytəkin TOFİQQIZI