İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin EDİLDİ

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.
Digər əmrlə tibb xidməti polkovniki Çingiz Əlləzov həmin vəzifəyə təyin edilib.
Qeyd edək ki, Əməkdar həkim Çingiz Əlləzov Azərbaycanın ilk hərbi neyrocərrahıdır. O, daha əvvəl Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi işləyib.