Sabah bu rayonda qaz KƏSİLƏCƏK

Sabah Cəlilabad rayonunun 11580 abonentinin qazı kəsiləcək.
Redaktor.az xəbər verir ki, bu haqda Cəlilabad rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilir ki, 24 iyun 2025-ci il tarixində saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad rayonu üzrə 11580 abonentin (Günəşli, Alar, Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Qarazəncir, Ocaqlı, Sabirabad, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Məmmədcanlı, Ətcələr, Şabanlı, İnili, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir, Şiləvəngə, Adnalı və Abışabad kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Buna görə də, abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Vasif ƏLİHÜSEYN