Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatdı - açarlar təqdim olundu - FOTO

 15:23 24.06.2025     131

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb.

Redaktor.az xəbər verir ki, Həsənriz və Sarıcalı kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Həsənriz kəndinə 40 ailə (146 nəfər) köçürülüb. Bununla da kəndə köçürülən ailələrin sayı 130-a (452 nəfər) çatıb.

Bu gün həmçinin Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan 1 ailə (4 nəfər) də kəndə çatıb. Qeyd olunan köç də daxil olmaqla, Sarıcalıya köçürülən ailələrin sayı 186 (775 nəfər) olub.

222