İcra başçısı birinci müavinini işdən ÇIXARDI

 11:04 25.06.2025     181

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaur Hüseynov vəzifəsindən azad olunub.

Redaktor.az-ın iqtisadiyyat.az-a istinadla məlumatına görə, bununla bağlı icra başçısı Elgin Həbibullayev əmr imzalayıb.

Bir müddətdir işdən çıxan birinci müavinin yerinə hələ ki təyinat olmayıb.

Xatırladaq ki, Zaur Əkrəm oğlu Hüseynov 2023-cü ilin əvvəllərində Nərimanov Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.