TDT mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş TƏSDİQLƏNDİ

“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiq edilib.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.
Qeyd edək ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.