İyunun müavinət, təqaüd və sosial yardımları ÖDƏNİLDİ

 10:14 26.06.2025     189

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

Redaktor.az xəbər verir ki, bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.