İki gün ərzində paytaxtdan bölgələrə 500-dən çox reys həyata KEÇİRİLİB

 14:04 27.06.2025     98

İyunun 25-26-da paytaxtdan bölgələrə 16 min 485 sərnişin daşınıb. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Redaktor.az-a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib. 

Adi günlərdə xətlərə 200-ə yaxın reys buraxılırsa, iki gün ərzində BBAK-dan əlavə olaraq 113 reys həyata keçirilib.

Sərnişinlərin 33 faizindən çoxu biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.