“Yolumuz Qarabağ”a portalında icazələrin verilməsi müvəqqəti DAYANDIRILDI

30 iyun-6 iyul tarixlərində işğaldan izad edilmiş ərazilərdə keçiriləcək dövlət tədbiri ilə əlaqədar “Yolumuz Qarabağ”a portalından 9 istiqamət üzrə (Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Laçın) gedişlər ləğv olunub.
Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib. Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.