İlham Əliyev onu "Şərəf" ordeni ilə təltif ETDİ

 14:19 30.06.2025     949

Konstitusiya Məhkəməsinin hakimi Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla F.Məmmədov bu mükafata ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, F.Məmmədov 2000-2024-cü illər ərzində ədliyyə naziri olub. İyulun 1-i onun 70 yaşı tamam olur.