DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı AÇIQLAMA

 18:22 30.06.2025     366

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.  

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. 

Əlavə məlumat veriləcəkdir.