Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
Redaktor.az xəbər verir ki, mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.
O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunan general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.
Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasında vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.
Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.
Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur (Qafqazinfo).