Şahin Şıxlinski sərbəst buraxıldı

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
Bu barədə Redaktor.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, bundan əvvəl Şahin Şıxlinskinin Rusiya polisi tərəfindən zor tətbiq edilərək saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə video görüntülər yayılıb.