“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücum edilən qadın

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın “KRİK-TV”nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Aleksey Kuznetsov qadının əlindən tutaraq onu küçə boyu sürükləyib, xəsarət yetirib.
Redaktor.az xəbər verir ki, Telli adlı xanım başına gələnləri AzTV-yə danışıb.
O bildirib ki, həmin şəxslər restoranın vaxtından öncə açılmasını istəyib, işi ilə bağlı olmayan təxribatçı suallar verib.
“Mən onlara vəziyyəti izah etdim. Heç cür kömək edə bilməyəcəyimi söylədim”, - deyə qadın bildirib.
Daha ətraflı videoda: