Günel Hacı yeni vəzifəyə təyin OLUNDU

Jurnalist Günel Hacı “Bakı Metropoliteni” QSC-də Kommunikasiya departamentinin müdir müavini vəzifəsinə təyin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.
"Karyeramda yeni bir mərhələyə başlamaq üçün ADY-dən ayrılıram və bu gündən “Bakı Metropoliteni” QSC-də Kommunikasiya departamenti müdirinin müavini olaraq fəaliyyətimi davam etdirəcəyəm. ADY-də çalışdığım bu 5 il ərzində dəstək olan hər kəsə, dəyərli həmkarlarıma təşəkkürümü bildirirəm. Birgə çox gözəl işlər gördük və heç bir zaman dəstəyinizi əsirgəmədiniz. Əminəm ki, bundan sonra da ADY-nin möhtəşəm kommunikasiya komandası işləri eyni uğurla aparacaq. Mən isə olduğum yerdə sizinlə əməkdaşlıqlara açığam və yeni layihələrdə görüşmək diləyi ilə. Hər kəsə uğurlar", - G.Hacı yazıb.