Bu il 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib

Bu ilin yanvar-may aylarında Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 979,9 min nəfər olub
Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata əsasən, 2025-ci ilin ilk beş ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 807,6 min nəfər təşkil edib.