Şuşa xüsusi təəssürat yaratdı - İrlandiyalı səyyah

 13:24 10.07.2025     105

Şuşada gözəl gün oldu.

Redaktor.az "Report"a istinadən xəbər verir, bunu irlandiyalı səyyah, beynəlxalq MTP (Most Traveled People - Ən çox səyahət edən insanlar) klubunun üzvü Devid Cozef Lanqan Qarabağ və Şuşa səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

“Bu gün mən Qarabağda, Azərbaycanda xüsusi bir hadisə ilə bağlı səfərdəyəm. Mən dünyada çox sayda poçt şöbələrində oldum, özümə və dostlarıma açıqcalar göndərdim - bu, sadəcə bir xatirə deyil, həm də poçt sisteminin necə işlədiyini yoxlamaq üçün bir üsuldur”, - o bildirib.

Səyyahın sözlərinə görə, Şuşada müasir poçt şöbəsinə baş çəkmək onun üçün xüsusilə yaddaqalan olub.

“Yeni, texnoloji cəhətdən inkişaf etmiş filial, inanılmaz mehriban heyət - hər yerdə gülən simalar, əla xidmət. Qarabağda, Şuşada gözəl gün idi” – Lanqan qeyd edib.

O, Şuşadan göndərdiyi, üzərində qalanın təsviri olan açıqcanın onun üçün xüsusi xatirəyə çevriləcəyini vurğulayıb.

“Açıqca evə çatanda Qarabağdan göndərilənlərin xatirəsi olacaq. Açıqcada möhür və tarix də olacaq. Burada olduğuma görə şadam”, - o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən