Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - RƏSMİ AÇIQLAMA

 10:48 14.07.2025     84

Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir.

Redaktor.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar çərçivəsində hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır:

"Hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər prioritet məsələlərdəndir. Lakin hazırda həmin şəxslərin pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir. Hərbi qulluqçuların və hərbi rütbəlilərdən olan pensiyaçıların sosial rifahı dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək".

Məlumat üçün bildirək ki, bir qrup hərbçi pensiyalarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişikliklərin ediləcəyinə dair fikirlər səsləndirilib. İddia edilib ki, pensiya hüququ yaranan hərbçilər pensiyaya çıxdıqları zaman hərbi xidmət dövründə əldə etdikləri əlavələr onların pensiya məbləğlərinə hesablanmayacaq və pensiyaları daha az olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən