Bu ərazilərdə qaz OLMAYACAQ

 09:19 15.07.2025     191

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az-a  "Azəriqaz"dan " verilən məlumata əsasən , Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunur.

Vumart və Güvən reklamı Vumart Güvən