"İşğaldan azad olunmuş hər bir ərazidə hüquqi institusional islahatlar güclənəcək"

İşğaldan azad olunmuş hər bir ərazidə hüquqi institusional islahatlar güclənəcək.
Redaktor.az xəbər verir ki, bunu Ağdam şəhərində "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əzizov deyib.
O qeyd edib ki, prokurorluq orqanları, eyni zamanda Azərbaycan Respublikasının Baş Prokuroru suverenlik ili ilə bağlı məsələni daim diqqət mərkəzində saxlayıb:
"Vətəndaşlarımızın hüquq və azadlıqlarına dəstək vermək kontekstində prokurorluğun hər bir əməkdaşının üzərinə böyük vəzifə düşür. Baş Prokurorluq olaraq, biz bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. İşğaldan azad edilən hər bir ərazimiz bizim üçün doğmadır. Suverenlik hər birimiz üçün bir şərəf məsələsidir. Bunun öhdəsindən layiqincə gəlmək üçün prokurorluq orqanları olaraq, həm də bir Azərbaycan Respublikası vətəndaşı olaraq çalışırıq və çalışmaqda da davam edəcəyik" (Report).