İstirahət mərkəzində insanlar hansı qidadan zəhərlənib? - AQTA-dan AÇIQLAMA

Məlum olduğu kimi, iyulun 20-də Kürdəmir rayonunda yerləşən “Naftalan” ailəvi restoranında 24 nəfər qidadan zəhərlənib. Zərərçəkən şəxslərin müxtəlif yaş qruplarına mənsub olduğu və müalicədən sonra evə buraxıldıqları bildirilib. Lakin hələlik zərərçəkənlərin konkret olaraq hansı qidadan zəhərləndikləri barədə məlumat verilməyib.
Məsələ ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən, fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb:
"Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir".
Xədicə BAXIŞLI



