Bu rayonun prokuroru sərəncama götürüldü

Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov sərəncama götürülüb
Redaktor.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Fəxrəddin Pənahovun səlahiyyət müddəti bu ay başa çatıb. Lakin o, həmin vəzifəyə yenidən təyin olunmayıb.
Hazırda rayona prokuror təyinatı yoxdur.
