Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi

 13:38 28.07.2025     249

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 28-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb və onlardan da 28 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

V.Eyvazov çıxışında seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

22
Vumart və Güvən reklamı Vumart Güvən