"Çindən qəbul edilən blok-qatarların sayı 2 dəfədən çox artıb" - ADY

Bu ilin 6 ayında Çindən 199 blok-qatar qəbul edilib.
Redaktor.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Bu ilin birinci yarısında ümumilikdə blok-qatarlarla 20 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
